2021-ci il yanvarın 28-dən iyulun 8-dək şəhidlərin, qazi və Vətən müharibəsi iştirakçılarının ailə üzvlərindən 480 nəfər Təhsil Nazirliyi tərəfindən işlə təmin olunub.
Nazirlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu” çərçivəsində iyulun 8-dən iyulun 27-dək müvafiq platformaya 230 vakansiya daxil edib. Vakansiyalar üzrə 21 nəfər işlə təmin olunub.
Qeyd edək ki, “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən “Məşğulluq marafonu” çərçivəsində nazirlik tərəfindən mövcud olan və ya yeni yaradılan vakansiyalar barədə məlumatlar müvafiq elektron platformaya daxil edilir. Həmin vakansiyalar şəhidlərimizin ailə üzvlərinin, müharibədə yaralanmış qazilərimizin iş yerləri ilə təminatı üçün istifadə olunur.
Tehsil-press.az