Bakı Avropa Liseyində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş festival keçirilib

Bakı Avropa Liseyində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş festival keçirilib Bakı Avropa Liseyində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş festival keçirilib.
Festivalın əsas ideyası dünya azərbaycanlılarının birlik və həmrəyliyi, milli-mənəvi dəyərlərə hörmət və Vətənin tarixinə bağlılıq hissini şagirdlərə aşılamaqdır. Artıq 7 ildir ardıcıl olaraq keçirilən festivalın builki mövzusu “Azərbaycan milli geyimləri” olub.
Azərbaycan xalqının milli geyimləri xalqın uzun və çox çətin inkişaf yolu keçmiş maddi və mənəvi mədəniyyətinin məhsuludur. Rəngarəngliyi və əlvanlığı ilə seçilən milli geyimlərimiz Azərbaycanın tarixinin zənginliyinin sübutudur.
Tədbirdə Bakı Avropa Liseyinin 20 sinfi iştirak edib. Şagirdlər qonaqları milli geyimlərimizin hər bir elementi ilə tanış edərək onun tarixi haqqında məlumat veriblər. Qonaqlar musiqi proqramından da zövq alaraq tam bayram əhvali-ruhiyyəsi yaşayıblar.
Respublikanın mədəniyyət və incəsənət xadimləri, eyni zamanda, Azərbaycan Xalça Muzeyinin rəhbərliyi də tədbir iştirakçıları arasında yer alıblar.

Tehsil-press.az

Oxşar xəbərlər