Qazaxıstanlı nazir müavini BDU-da olub

Qazaxıstanlı nazir müavini BDU-da olub Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Qazaxıstanın Vətəndaş cəmiyyəti və dini işlər nazirinin müavini Berık Arınla görüşüb.
Rektor qonağa BDU haqqında məlumat verib, Qazaxıstan universitetləri ilə əlaqələrdən danışıb.
Görüş böyük qazax şairi, yazıçısı, ictimai xadim, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev adına mərkəzdə davam edib. Mərkəzin yaranma tarixi və fəaliyyəti haqqında məlumat verən rektor bildirib ki, bu illər ərzində bir çox layihələr həyata keçirilib, birgə konfrans və simpoziumlar təşkil olunub, Qazaxıstan universitetləri ilə müqavilələr imzalanıb. Eyni zamanda qazaxıstanlı rektor və professorlar, jurnalistlər, bir çox tanınmış insanlar mərkəzdə olub, tələbələrə mühazirələr oxuyublar.
B.Arın mərkəzin fəaliyyətindən razılıq ifadə edib, qazax ədəbiyyatı ilə bağlı tədqiqat işlərini yüksək qiymətləndirib.
Görüş zamanı tərəflər gənc nəslin milli mədəniyyətimizə və adət-ənənələrimizə olan marağının artırılması məqsədilə ortaq layihələrin həyata keçirilməsi üzrə ilkin razılıq əldə ediblər.

BDU-nun Mətbuat Xidməti


Qazaxıstanlı nazir müavini BDU-da olub

Qazaxıstanlı nazir müavini BDU-da olub

Qazaxıstanlı nazir müavini BDU-da olub

Oxşar xəbərlər