Məktəblilərdən əsgərlərə kitab hədiyyəsi

Məktəblilərdən əsgərlərə kitab hədiyyəsi Akademik Zərifə Əliyeva adına Liseyin XI A2 sinif şagirdləri yaralı əsgərlərə kitab hədiyyə ediblər.
Azərbaycan və dünya ədəbiyyatına, mədəniyyətinə, tarixinə aid 200-dən çox kitab əsgərlərə təqdim edilib. Hər bir kitabın içərisində isə şagirdlərin əsgərlərimizə yazdıqları ürək sözləri yer alır. Şagirdlərin bu təşəbbüsünə “Çörəkçi” qrupu da qoşularaq onlara dəstək verib.
Aksiyanın keçirilməsində əsas məqsəd əsgərlərin mənəvi-emosional ruhunun daha da yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir. Aksiyanın davam etdirilməsi nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər