Azərbaycanlı gənc tədqiqatçı Yaponiyada tədqiqatların müasir metodlarla aparılmasını öyrənib

Azərbaycanlı gənc tədqiqatçı Yaponiyada tədqiqatların müasir metodlarla aparılmasını öyrənib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun mikologiya laborotoriyasının kiçik elmi işçisi Aynur Baxşiyeva Yaponiyanın Tokio şəhərində Tamagava Universitetinin təşkilatçılığı ilə asiyalı tələbələr üçün keçirilən 2-ci beynəlxalq seminarda iştirak edib.
Seminarın əsas məqsədi “phytophtora” cinsi göbələklərinin morfologiyası həyat dövriyyəsi, bitki spesifikliyi və törətdiyi xəstəlik simptomları, öyrənilmə tarixi barədə məlumat çatdırmaq və bu cinsə aid olan növlərin təyinatında molekulyar metodlardan istifadəni öyrətmək olub. Seminarda qazanılan biliklər ölkəmizdə “phytophthora” cinsi üzrə müasir metodlarla tədqiqatları həyata keçirməyə imkan verəcək.
Qeyd edək ki, asiyalı tələbələr üçün 2018-ci ildən təşkil olunan beynəlxalq seminarın növbəti illərdə də keçirilməsi nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər