Dekabrın 11-də Xəzər Universitetində “Elm və sənət məclisi”nin 68-ci məşğələsi keçirilib.
Məşğələdə Beynəlxalq Qafqaz və Azərbaycan Çay Assosiasiyaları İstehsalat Birliyinin prezidenti, professor Fərman Quliyev “Azərbaycanda çayçılıq və subtropik bitkilər” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi çay və sitrus plantasiyalarının salınmasından, əkin və becərmə zamanı düzgün aqrotexniki qulluğun göstərilməsindən bəhs edib. Bildirib ki, çayçılığın və sitrusçuluğun inkişafı ilə bağlı dövlət proqramlarının qəbul edilməsi bu sahələrin inkişaf etdirilməsinə, daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirəcək.
Diqqətə çatdırılıb ki, ölkəmizdə çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilib, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılıb. “Azərbaycan subtropik bitkiçiliyinin, o cümlədən çayçılığın sənaye miqyaslı inkişaf tarixinə nəzər saldıqda subtropik təsərrüfatların sürətli inkişaf mərhələsinin ümummilli liderimiz Heydər Əliyevin qayğısı və səyi ilə 1970-1980-ci illərdə baş verdiyini görərik”, - deyə alim bildirib.
O qeyd edib ki, çayçılığın təşkilinin, çay istehsalının tənzimlənməsinin və çay məhsullarının keyfiyyətinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən edən “Çayçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması ölkəmizdə çayçılığın inkişafı üçün əlverişli mühit yaradıb.

Mətbuat Xidməti