Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Beynəlxalq Energetik Universitetlər vebinarında təmsil olunub.
“Enerji təhsili və tədqiqatı - qısa və uzun müddətli strategiya” mövzusunda keçirilən vebinarda Beynəlxalq Energetik Universitetlər Assosiasiyasına (BEUA) üzv olan ali məktəblərin rektorları iştirak ediblər.
Onlayn tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı hazırkı çətin vəziyyətdə və postpandemiya dövründə assosiasiyaya üzv universitetlərin fəaliyyətinin müzakirəsi üçün yaradılan belə bir platforma üçün təşəkkürünü bildirib.
Pandemiyanın özü ilə gətirdiyi problemlərdən danışan rektor M.Babanlı sosial-iqtisadi məsələlərin müzakirəsinin və həllinin aktuallığını bildirib. Diqqətə çatdırıb ki, enerji bazarında tələbin kəskin azalması yanacaq istehsal edən ölkələrə, eləcə də milli iqtisadiyyatların inkişafına mənfi təsir edir.
COVID-19-un tədris prosesində yaratdığı çətinliklərdən də söz açan rektor, bu problemlərin həlli istiqamətində universitetin təcrübəsindən danışıb. Yeni tədris ilində ADNSU-nun 100 illiyinin qeyd olunacağını deyən M.Babanlı vebinar iştirakçılarını yubiley tədbirinə dəvət edib.
BEUA dünyada enerji universitetləri arasında əməkdaşlığı təşviq etmək məqsədi daşıyır. Eyni zamanda, Çin və beynəlxalq enerji universitetləri arasında müvafiq sektor üzrə rəqabətqabiliyyətliliyi artırmaq üçün əlverişli şərait yaratmağı hədəfləyir.
Çin Neft Universitetinin (Pekin) prezidenti Çjan Laybin BEUA-nın sədridir.
Tehsil-press.az